Qumun üzərinə “kömək” yazan gənclər xilas edilib

Qərbi Avstraliyanın Qriqori şəhərindəki Pink Lake bölgəsində qumda “Kömək” yazaraq xilas olunmağı gözləyən 3 gənc xilas edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  quma “kömək” yazan gənclər ümumilikdə 6 saat çimərlikdə qalıblar.

Mesajı havadan görən üç pilot və bir sərnişinin səlahiyyətlilərə məlumat verməsindən sonra gənclər xilas edilib.

Vəziyyətin mahiyyətini müəyyən etmək üçün əraziyə polis əməkdaşları göndərilib.

Məlumata görə təxminən yarım saat sonra, başqa bir təyyarədə olan bir şəxsin eyni xilasetmə mesajını gördüyü barədə ikinci bir xəbər də gəlib.

Qeyd edək ki, üç yeniyetmə sağ-salamat xilas olub və polis əməkdaşları tərəfindən xilas edildikdən sonra ailələrinə təhvil verilib.

 

Gununsesi.info