Çexiyada qatarlar toqquşub -Ölənlər var

Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, toqquşma nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Bildirilir ki, bəzi zərərçəkənlərin vəziyyəti ağırdır. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

36 yanğınsöndürmə briqadası və iki helikopter cəlb olunub.

Regio Jet kommersiya şirkətinə məxsus sərnişin qatarı Praqadan Slovakiyanın şərqindəki Koşitse şəhərinə gedib.  Qatar 300-dən çox sərnişin daşıyıb.

Yerli vaxtla saat 22:53-də baş verən toqquşmada onun 20-yə yaxın sərnişinin olduğu və ilk vaqonuna ən çox ziyan dəydiyi bildirilir.

Pardubitse vilayətinin xilasetmə xidmətinin rəhbəri İqor Paar 4 nəfərin fövqəladə vəziyyətin qurbanı olduğunu, 3 nəfərin orta-ağır, 20-yə yaxın insanın isə yüngül xəsarət aldığını təsdiqləyib.

Onun sözlərinə görə, qurbanların dəqiq sayı axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra məlum olacaq.

 

 

 

Gununsesi.info