
Uels regional parlamentinin (Senedd) deputatları üç aydan az əvvəl vəzifəsinin icrasına başlayan hökumət başçısı (Birinci nazir) Voqan Getinqə etimadsızlıq səsverməsi keçiriblər.
Gununsesi.info xəbər verir ki, səsvermə zamanı 60 deputatdan 29-u Uels Leyboristlər Partiyasının rəhbərinə etimadı itirdiyini bəyan edib, yalnız 27-si birinci naziri dəstəkləyib.
Siyasi opponentlər onu öz seçki kampaniyasını maliyyələşdirmək üçün ianə toplamaq qaydalarını pozmaqda ittiham etdikdən sonra Getinqin etibarlılığı ilə bağlı suallar qaldırılıb.
Səsvermənin nəticələri siyasətçini postunu tərk etməyə məcbur etmir.
Gununsesi.info