
ABŞ-ın aparıcı qəzetlərindən biri olan Wall Street Journal (WSJ) prezident Co Baydenin idrak qabiliyyətinin azalması ilə bağlı geniş xəbər dərc edib.
Gunusesi.info xəbər verir ki, nəşrin məlumatına görə Respublikaçı və Demokratik Partiyaların üzvləri də daxil olmaqla 45-dən çox adamla müsahibə aparılarkən, Bayden əvvəlki kimi deyil.
Bildirilir ki, o, son aylarda çox sakit danışır. Danışanda isə Baydeni başa düşmək mümkün deyil.
Baydenin davranış və rəftarlarının gündən-günə dəyişdiyini deyənlər onun danışarkən çox uzun müddət fasilə verdiyini vurğulayıblar.
Eyni zamanda o, sanki yuxuda olduğunu zənn edərək davamlı gözlərini yumur.
Məlumata görə siyasi qərarlarda o, öz məsləhətçilərinə güvənir.
Qeyd edək ki, bu fikirlərə baxmayaraq Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts WSJ-a daxil olan bu məlumatların yalnış olduğunu bildirib.
Günay
Gunusesi.info