
Kiber risklər necə idarə oluna bilər?
Çünki, kiber məkanda hər şey sualdır. Kiber təhlükədən qaçış, sıfır etibar “heç vaxt etibar etmə, həmişə yoxla” prinsipi geridə qalıb. Buna mütəxəsisslərin əlavəsi var. İnsan internetdə “heç vaxt etibar etmə, həmişə yoxla və yenidən yoxla” prinsipinə uyğun davranmalıdır, əks halda cinayətkarlığın qurbanı olacaqdır.
Sıfır etibar arxitekturasını tətbiq edərkən, şəbəkənizə daxil olan — zəng edən, mesaj yazan, link göndərən, investisiya təklif edən, ucuz məhsul satan, qazanc vəd edən, iş təklif edən, valyuta dəyişən, beh verən hər bir istifadəçinin şəxsiyyəti yoxlanılmalıdır.
Yoxlaya bilmirsinizsə, bloklayın.
Pulu oğurlanan insanları unutma!
Elşad Hacıyev
DİN-nin Mətbuat Xidməti İdarəsinin rəisi