Şahzadə ictimaiyyət qarşısına çıxmayacaq

Şahzadə Keyt Middlton böyük ehtimalla ilin sonuna qədər ictimaiyyət qarşısına çıxmayacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şahzadə Kate Middletonun dostu və kral insayderi jurnalistlərə açıqlamasında bildirib.

Onun fikrincə ona bu barədə heç nə məlumat verilməyib:” Keytin builki gündəliyi boşdur. Heç nə planlaşdırılmır. O, ilin sonuna qədər ictimaiyyət qarşısında görünməyə bilər “.

Kral insayderi bildirib ki, şahzadə daha çox psixoloji sağlamlığına vaxt ayırır.

“Hazırda onun üçün əsas şey hər hansı stress və ya narahatlıqdan qaçmaq və yaxşılaşmağa doğru getməkdir”.

Xatırladaq ki, martın 22-də Kate Middleton hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələlərini keçdiyini açıqlayıb.

Şahzadə bildirib ki, xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb.

Bu açıqlamadan sonra Böyük Britaniya kralı şahzadə Uilyamın həyat yoldaşının cəsarəti ilə fəxr etdiyini etiraf edib.

Qeyd edək ki, aprel ayında Keyt Middlton Fəxri Cəngavərlər ordeni ilə təltif edilib.

Böyük Britaniya kralı Uels şahzadəsini uzun illər ictimai xidmətinə görə təşəkkür edərək mükafatlandırıb. Jurnalistlərin məlumatına görə, şahzadə Uilyamın həyat yoldaşı kral ailəsinin bu statusu alan ilk üzvü olub.

 

 

Şəbnəm

Gununsesi.info