Avropa çempionatı: Azərbaycanın minifutbol millisi qrup lideri olub

  • By ilhame
  • 04 İyun 2024 20:09

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçını keçirib.

 

Gununsesi.info xəbər verir ki, Fransa yığması ilə üz-üzə gələn Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib.

 

Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb.

 

Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi ilə qarşılşacaq.

 

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Gununsesi.info