
Fələstin muxtariyyətinin nümayəndələri ilə görüşə gələn almaniyalı diplomat böyük təzyiqlə qarşılaşıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın İsrailə dəstək verməsi səbəbindən fələstinli tələbələr Almaniyanın Ramallahdakı missiyasının rəhbəri Oliver Ovcaya hücum çəkib.
Qorumasız olan diplomat canını qəzəbli kütlənin əlindən güclə qurtarıb.
Məlumata əsasən Berlin hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Nikaraqua, İsrailin Qəzzaya hücumlarına siyasi, maliyyə və hərbi dəstək verərək, “soyqırımın törədilməsinə şərait yaratdığı” səbəbiylə Almaniyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.
Fələstinlilər Qərbi İsrailə silah verməklə Qəzzadakı qırğınlara dəstək verməkdə ittiham edirlər.
Xatırladaq oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 35 minə yaxın fələstinli həyatını itirib.
Şəbnəm
Gununsesi.info