
Hazırda həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin istintaq müddəti başa çatıb.
Bu barədə Gununsesi.info-ya onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib.
Onun sözlərinə görə, aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, sabiq deputat ötən ilin iyulunda həbs edilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Lakin Nazim Bəydəmirli həbsini Gədəbəydəki ekoloji fəlakətə etiraz edən insanlara dəstəyi ilə əlaqələndirib.
Gununsesi.info