
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 29-da son günlərdə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması qərarına etirazların episentri olan sərhədyanı Tavuş rayonunda bir qrup sakinlə görüşüb.
Bu barədə Gununsesi.info Paşinyanın mətbuat katibinə istinadən bildirir.
Məlumata görə, sakinlərlə görüşdə baş nazir hazırkı vəziyyəti detallı şəkildə izah edib və bildirib ki, hökumət bütün problemlərlə tanışdır.
Paşinyanla bu görüşdə sərhədyanı Kirants kəndinin başçısı və bir neçə sakini iştirak ediblər.
Müxalifət deputatı Geğam Nazaryan da vəziyyətin olduğu kimi qaldığını bildirir:
“Adamlar yenə də qeyri-müəyyənlik və panika içində qalıblar. Adamlar daha pis şeylərin baş verəcəyindən qorxurlar, çünki onların heç bir ağlabatan təklifi qəbul edilməyib”.
Günay
Gununsesi.info