
Finlandiyanın Finnair aviaşirkəti Finlandiyadan Estoniyanın Tartu şəhərinə uçuşları ən azı mayın 31-dək dayandırıb.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, buna səbəb reyslərin uçuş marşrutu boyunca təyyarələrin GPS naviqasiya sistemində yaranan fasilələrlə bağlı olduğu deyilir.
Bundan əvvəl Baltik ölkələri Rusiyanı Baltik dənizi hövzəsində GPS siqnallarını boğmaqda və aviasiya üçün çətinliklər yaratmaqda ittiham etmişdilər.
Ötən həftə Finnair aviaşirkətinin iki təyyarəsi GPS siqnallarında yaranan pozuntuya görə Helsinki hava limanına qayıtmışdı, beləki Estoniyanın Tartu hava limanı ilə rabitə itmişdi.
Bu ayın əvvəllərində Britaniyanın The Sun qəzeti yazmışdı ki, Britaniyanın minlərlə aviareysi GPS siqnallarının boğulması hadisəsi ilə üzləşib.
Baltik dənizi hövzəsi üzərində 2300-dək reysin bu problemlə üzləşdiyini Ryanair, Wizz Air, British Airways və EasyJet şirkətləri bildiriblər.
Ümumiyyətlə isə GPS siqnallarının itməsi halları Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsi başlanandan bəri artıb.
Bu da bildirilir ki, bu problem təkcə Baltika regionunda deyil, habelə Qara dəniz və Xəzər dənizi üzərində də yaşanır.
Günay
Gununsesi.info