ADŞ-dan Rusiya üçün daha bir maneə

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yaxın vaxtalarda fərmanın prezident tərəfindən imzalanması gözlənilir.

Amerika bazarında fəaliyyət göstərən şirkətlər qadağa tətbiq etməkdə israrlıdır və bu onlara federal fondlardan 2,7 milyard dollar almağa imkan verəcək.

Qanunun qüvvəyə minməsi 90 gün sonra gözlənilir. Lakin Ticarət Nazirliyinin 2027-ci ilə qədər olan keçid dövründə istisna olaraq Rusiya uranının idxalına tam şəkildə icazə vermək hüququ var. Nazirlik icazə verilən alışların həcmini mərhələli şəkildə azaltmağı nəzərdə tutub.

Qərbin uranın zənginləşdirilməsi üzrə ən böyük şirkəti olan Britaniya-Hollandiya Urenco-nun baş direktoru Boris Şuxtun sözlərinə görə Rusiya tədarüklərini tamamilə əvəz etmək iqtidarındadır: “Qısa müddətdə Qərb dünyasında rus materiallarının dəyişdirilməsinə heç bir məhdudiyyət yoxdur. . Bazarın daha çox müstəqilliyə və təbii ki, səlahiyyətli orqanlardan aydın təlimatlara ehtiyacı var. ABŞ-da təklif olunan qanun buna kömək edəcək”.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, 2022-ci ildə Rusiya ABŞ-ın zənginləşdirilmiş uran bazarının 24%-ni təşkil edib.

 

 

 

Gununsesi.info