
İsrailin Qəzza zolağına yerüstü müdaxiləsi yalnız bir şərtlə ləğv edilə bilər ki, Həmas bütün girovları azad edərək silahı yerə qoysun.
Gununsesi.info xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus ABŞ-ın ABC telekanalına deyib:
“Əgər Həmas mülkilərin arxasında gizləndiyi yerlərdən çıxsa, bizim girovlarımızı qaytarsa və qeyd-şərtsiz təslim olsa, müharibə qurtarar”.
Onun sözlərinə görə bu müharibənin məqsədi Həması ləğv etməkdir ki, o 7 oktyabr basqınını təkrar edə bilməsin.
İsrailin müdafiə naziri Yoav Qallant deyib ki, Həmasa qarşı hərbi kampaniya “bir, iki, üç ay” davam edəcək və bu radikal qruplaşmanın tam məhvi ilə başa çatacaq:
“Bu bizim Qəzzada son manevr əməliyyatımız olacaq. Bundan sonra orda heç bir Həmas qalmamalıdır”.
Gununsesi.info