İsrail ABŞ-dan zirehli texnikanın ilk partiyasını aldı

ABŞ-dan gələn yük təyyarəsi İsrail ordusu üçün döyüşlər zamanı zədələnənləri əvəz etmək üçün nəzərdə tutulan zirehli texnikanın ilk partiyası bu ölkəyə çatdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

“İsrail Müdafiə Nazirliyi bu yaxınlarda ABŞ-dan İsrail Müdafiə Qüvvələrinin (SAXAL) istifadə etməsi üçün nəzərdə tutulmuş zirehli texnikanın ilk partiyasını daşıyan yük təyyarəsi alıb. Texnika hərbi əməliyyatlar zamanı zədələnənlərin dəyişdirilməsi üçün SAXAL-a verilir”, – məlumatda deyilir.