“Çox şərəfsiz adamsan, Vaqif” - Zərərçəkmiş

Evimizdə çörək yeyib bizə qənim kəsildiniz.

Gununsesi.info -nun məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryana zərərçəkmiş Ziba Mehralıyeva deyib.

O bildirib ki, Vaqif Xaçatryan və qardaşı Qürgen Xaçaturyan onlarla ailəvi gediş-gəliş də olub:

“Siz ömrü boyu bizim çörəyimizi yemisiniz. Evimdə illərlə çörək kəsib sonra bizi qırdınız. Çox şərəfsiz adamsan, Vaqif. Baxma gözümə, səndən zəhləm gedir. Sənə verdiyim çörək gözündən gəlsin. Haramınız olsun bizdə yediyin çörək”.

 

Gununsesi.info