Siyavuş Novruzov: “3+3” formatından sonra bizə təzyiqlər artacaq

Bu gün Avropa İttifaqına daxil olan ölkələrin Azərbaycana qarşı ədalətsiz yanaşmasını hiss edirik. Baxmayaraq ki, Azərbaycan Aİ ölkələri ilə ticarət əlaqələri var, enerji təhlükəsizliyinə töhfə verir, çətin anda həmin ölkələrin yanındadır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, Avropa Parlamentinin qərarları bu ölkələrə təsir edir: “Bu göstərir ki, həmin ölkələr müstəqil deyil. Biz mübarizəmizi davam etdirməliyik. Həmin ölkələrlə mübarizəmizi davam etdirməliyik”.

Deputat vurğulayıb ki, bu gün ermənilərə qarşı hər hansı soyqırım həyata keçirilməyib, əksinə, Azərbaycana qarşı bu soyqırımlar həyata keçirilib və bu tarix sənədlərində var: “3+3” formatından sonra bizə qarşı təzyiqlər artacaq. Biz buna hazırlıqlı olmalıyıq. Bu baxımdan Milli Məclisin üzərinə böyük yük düşür. Beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün dostluq qruplarında, parlamentlərarası əlaqələr üzrə işçi qruplarında işimizi davam etdirməliyik. Heç bir qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tuta bilməz”.

 

Gununsesi.info