Günün Səsi
Günün Səsi
  • Çərşənbə axşamı, Okt 17, 2023
Axtar
  • MANŞET
  • GÜNDƏM
  • SİYASƏT
  • VİDEOLAR
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • REPORTAJ
  • REDAKTOR SEÇİMİ
  • MÜSAHİBƏ
  • SOSİAL
  • MƏDƏNİYYƏT
  • YAZARLAR
  • KRİMİNAL
  • İDMAN
  • DİN
  • OLAY
  • MAQAZİN
  • ARXİV
Axtar
    • MANŞET
    • GÜNDƏM
    • SİYASƏT
    • VİDEOLAR
    • CƏMİYYƏT
    • İQTİSADİYYAT
    • DÜNYA
    • REPORTAJ
    • REDAKTOR SEÇİMİ
    • MÜSAHİBƏ
    • SOSİAL
    • MƏDƏNİYYƏT
    • YAZARLAR
    • KRİMİNAL
    • İDMAN
    • DİN
    • OLAY
    • MAQAZİN
    • ARXİV
  • SOSİAL

Abşeronda “Böyük yolun uğurlu davamı” mövzusunda konfransı keçirilib

  • By Adminrehimova
  • 17 Oktyabr 2023 14:44

Abşeron Rayon Ağsaqqallar Şurasının “Böyük yolun uğurlu davamı” mövzusunda konfransı keçirilib

Abşeron rayonunda Ağsaqqallar Şurasının “Böyük yolun uğurlu davamı” mövzusunda konfransı keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı və Komissiya sədri Eldar İbrahimov, YAP Abşeron rayon Təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan toplantıda vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, bugünki qüdrətli, güclü və qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qeyd edilib ki, müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin iqtisadi dirçəlişinin əsasını qoymuş, ictimai-siyasi və sosial həyatda tərəqqi yolunu müəyyənləşdirmişdir.

RİH başçısı bildirib ki, 2003-cü il oktyabr 15-də keçirilən prezident seçkilərində xalqımız öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, Azərbaycanın inkişafına – cənab İlham Əliyevə verib. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut edib. 20 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin ötən müddət ərzində dövlətimizi dünya üzrə ən qüdrətli, nüfuzlu ölkələr sırasına qaldıra bilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti və siyasi iradəsi ilə xalqımız düşmən üzərində şanlı qələbə qazanıb və bununla da torpaqlarımız işğaldan azad olunaraq bölgədə sülhün tam bərqərar olması üçün yeni imkanlar yaranıb.

Şanlı ordumuz tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisinin erməni terrorçularından təmizləndiyini vurğulayan Abdin Fərzəliyev qeyd edib ki, bu əməliyyatdan sonra vətənimizin ərazi bütövlüyü tamamilə bərqərar oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qədim şəhərimiz olan Xankəndidə üç rəngli bayrağımızın qaldırılması bu ərazilərin kimə aid olmasını bir daha bütün dünyaya göstərdi.

RİH başçısı ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edərək, ağsaqqalların ictimai həyatda tutduqları mühüm mövqedən, o cümlədən yerli ağsaqqalların Abşeron rayonunun həyatında oynadıqları əhəmiyyətli roldan söz açıb.

Sonra Respublika Ağsaqqalar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov çıxış edərək Azərbaycanın son 20 il ərzində əldə etdiyi çox mühüm nəticələrdən danışıb. Millət vəkili qeyd edib ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib.

Eldar İbrahimov Respublika Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar cəmiyyətimizin, xüsusilə də gənclərimizin vətənpərvərlik, milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi önəm verir, bu sahədə bilik və bacarıqlarını əsirgəmirlər. Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara yüksək dəyər verdiyini bildirb.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və düşünülmüş siyasəti sayəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya sahəsində qazandığı qələbələrdən danışıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində zəfərlə sona çadıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurub, xalqımızı dünyada qalib xalq kimi tanıdıb. Qeyd olunub ki, bu böyük qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Düşmən torpaqlarımızdan qovulub, ədalət və beynəlxalq hüquq bərpa olunub.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi, Xocalı və Xocavənddə bayrağımızı dalğalandırmasını qürur və iftixar hissi ilə izlədiyini vurğulayan Xatirə İsmayılova bununla da bütün şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhlarının şad olduğunu bildirib.

Ceyranbatan qəsəbə Ağsaqqallar Şurasının sədri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Sabir Tağıyev çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunub.

Daha sonra toplantıda təşkilati məsələlər müzakirəyə qoyulub. Abşeron Rayon Ağsaqqallar Şurasının fəaliyyəti və gördüyü işlər müzakirə olunaraq qəbul edilib.

Bundan sonra Şuranın 15 nəfərdən ibarət İdarə Heyətinin üzvləri və Təftiş Komissiyası formalaşdırılıb. Qeyd edək ki, rayon ağsaqqalları tərəfindən İdarə Heyətinin üzvü olaraq Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid kapitan Veysəl Musibovun anası Səməngül Musibova və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən şəhid baş-leytenant Babək Allahverdiyevin anası Əsmər Allahverdiyeva da seçilmişdir.

Daha sonra isə İdarə Heyətinin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Nizami Zalov yekdilliklə Abşeron rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir. Qeyd edək ki, zəngin əmək fəaliyyətinə malik Nizami Zalov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən uğrunda” medallarına layiq görülmüş, 11 aprel 2023-cü il tarixdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş gizir Vidadi Zalovun atasıdır.

Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Nizami Zalov çıxış edərək bildirib ki, cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən etibarən ölkəmizdə ordu quruculuğuna və onun inkişaf etdirtilməsinə xüsusi diqqət və qayğı göstərib. Qısa müddət ərzində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb və son nəticədə də şanlı ordumuz düşməni döyüş meydadında diz çökdürdü.

Bildiriliib ki, 15 oktaybr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə və digər qəsəbələrdə qaldırdığı bayraq onun qürur mənbəyidir və Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu şaddır. O, rayon ağsaqqalları və şəhid ailələri adından bu qrur hissini onlara yaşatdığı üçün cənab Prezidentə dərin təşəkkürünü bildirib.
Sonda Nizami Zalov ona və İdarə Heyətinin üzvlərinə göstərilən etimada görə minnətdarlığını ifadə edərək, Şuranın uğurlu fəaliyyəti üçün daha böyük əzmkarlıqla fəaliyyət göstərəcəklərini bildirib.

 

 

Abşeronda “Böyük yolun uğurlu davamı” mövzusunda konfrans keçirilib - FOTOLARAbşeronda “Böyük yolun uğurlu davamı” mövzusunda konfrans keçirilib - FOTOLARAbşeronda “Böyük yolun uğurlu davamı” mövzusunda konfrans keçirilib - FOTOLARAbşeronda “Böyük yolun uğurlu davamı” mövzusunda konfrans keçirilib - FOTOLARAbşeronda “Böyük yolun uğurlu davamı” mövzusunda konfrans keçirilib - FOTOLARAbşeronda “Böyük yolun uğurlu davamı” mövzusunda konfrans keçirilib - FOTOLARAbşeronda “Böyük yolun uğurlu davamı” mövzusunda konfrans keçirilib - FOTOLAR

Gununsesi.info

Oxşar Yazılar:

  1. Şəhid ailələri ziyarət olundu
  2. Dolu düşəcək, qar yağacaq
  3. Füzulinin daha 117 sakini doğma yurda qayıdır
  4. “Kişilərin hamısı xəyanət edir, görməmişlər”
  5. Ələkbər Yasamallı uzun müddət sonra efirə çıxdı
  • Previous ““Böyük Ermənistan” xülyası sona çatdı”
  • Next Bütün məhkəmələrdə qalib gələn vəkil həbs olundu

DİGƏR XƏBƏRLƏR

  • 17 Oktyabr 2023 16:13

    Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

  • 17 Oktyabr 2023 16:08

    Azərbaycanda TikTok nə zaman açılacaq?

  • 17 Oktyabr 2023 15:02

    SOCAR “Azəriqaz” İB daha bir qazinin ocağına isti qatdı.

  • 17 Oktyabr 2023 14:08

    “Ərinin sözünə baxmırdı”

  • 17 Oktyabr 2023 12:27

    “Xalam 60 yaşlı evli kişi ilə gəzir” – Nüşabədən yeni ittiham

  • 17 Oktyabr 2023 12:03

    9 min əhali yaşayan ərazi Sumqayıta verildi

  • 17 Oktyabr 2023 11:49

    Öldürülən müğənni ilə bağlı inanılmaz iddia: İçib gecə Əli Mirəliyevə zəng vurub ki…

  • 17 Oktyabr 2023 11:40

    Sənət adamları Şuşada

  • 17 Oktyabr 2023 11:24

    Ələkbər Yasamallı uzun müddət sonra efirə çıxdı

  • 17 Oktyabr 2023 11:23

    Mənzurənin evini su basdı

  • 17 Oktyabr 2023 11:11

    FHN-dən əhaliyə hava

  • 17 Oktyabr 2023 11:10

    Milli Məclisin iclası başlayıb

POPULYAR XƏBƏR

  • ATƏT-də Balasanyanın Natiq Qasımova işgəncələrindən danışıldı - Azərbaycan təmsilçisindən KƏSKİN ÇIXIŞ
  • “Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər…” - Yazıçı əsəbləşdi
  • Kamran Əliyev “GününSəsi”nin xəbərini təsdiqlədi - BAŞ PROKURORLUQDA 7 NƏFƏR GENERAL OLUB/ SİYAHI
  • Mübariz Mənsimov: “44 Günlük müharibə göstərdi ki, Azərbaycan təkcə neft ölkəsi deyil” - İŞ ADAMI HAQQINDA DEYİLƏNLƏRƏ CAVAB VERİR
BatiGoz

ARXİV

SON XƏBƏR

Rusiya DİN-in İrəvandakı rəsmisi öldü 17 Oktyabr 2023 16:49
Baydenin Yaxın Şərqə səfərində bu məsələlər müzakirə olunacaq 17 Oktyabr 2023 16:31
Bakıda 52 yaşlı kişini güllələyib qaçdılar 17 Oktyabr 2023 16:30
“Kişilər hansısa məkanda təhqir edilir və evə gəlib bunun acığını qadından çıxırlar” - Deputat qadın ölümlərindən danışdı 17 Oktyabr 2023 16:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 17 Oktyabr 2023 16:13
Azərbaycanda TikTok nə zaman açılacaq? 17 Oktyabr 2023 16:08
ÜST: İsrail ordusu Qəzzada tibb müəssisələrinə 41 hücum həyata keçirib 17 Oktyabr 2023 15:53
Rusiyanın nüvə sınaqlarını qadağan edən sazişdən çıxması üçün İLK ADDIM 17 Oktyabr 2023 15:34
Əhməd İsmayılov Bişkekdə TDT-nin 5-ci toplantısında 17 Oktyabr 2023 15:25
Paşinyandan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA 17 Oktyabr 2023 15:22
  • Facebook
  • Instagram

Haqqımızda

Təsisçi və Baş redaktor: Pərviz Həşimli
Materiallardan istifadə zamanı www.gununsesi.info saytına istinad zəruridir

  • +994 (050) 554 19 80
  • gununsesi@gmail.com
  • +994 (050) 554 19 80

SON XƏBƏR

Rusiya DİN-in İrəvandakı rəsmisi öldü 17 Oktyabr 2023 16:49
Baydenin Yaxın Şərqə səfərində bu məsələlər müzakirə olunacaq 17 Oktyabr 2023 16:31
Bakıda 52 yaşlı kişini güllələyib qaçdılar 17 Oktyabr 2023 16:30

Çox Oxunanlar

  • ATƏT-də Balasanyanın Natiq Qasımova işgəncələrindən danışıldı - Azərbaycan təmsilçisindən KƏSKİN ÇIXIŞ 10 Oktyabr 2023 21:11
  • “Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər…” - Yazıçı əsəbləşdi 14 Oktyabr 2023 14:28
  • Kamran Əliyev “GününSəsi”nin xəbərini təsdiqlədi - BAŞ PROKURORLUQDA 7 NƏFƏR GENERAL OLUB/ SİYAHI 15 Oktyabr 2023 11:20
Günün Səsi

© www.gununsesiaz.info
2013—2020 Məlumatdan istifadə etdikdə istinad mütləqdir