Struan Stevenson: “Mühasirəyə alınmış milyonlarla iranlı mücadilə edir” - MƏŞHUR EKSPERT "GÜNÜNSƏSİ"NƏ DANIŞDI/ ÖZƏL

  • By arzu
  • 09 Avqust 2023 16:48
Azad İran Vasitəçi Dostları Qrupunun başçısı,İrandakı siyasi azadlıqların qorunması ilə bağlı “İn Search of Justice” komitəsinin sədri Struan Stevenson Gununsesi.info-ya eksklüziv müsahibə verib.
 İran Dəyişim Kampaniyasının koordinatoru olan cənab Stevenson, həmçinin  “Diktatura və Devrim” kitabının da müəllifi kimi tanınır.
Cənab Stenvenson, öncədən bu reportaja razı olduğunuz üçün təşəkkür edirəm. İran mövzusunu davamlı şəkildə izləyən və məşğul olan  siyasətçisiniz. Parisdəki son Azad İran Dünya Zirvəsi haqqında fikrinizi soruşmaq istəyirəm. Bu toplantının əsas mesajı nə idi? Qatılan adamlardan danışın. Sizcə, bu il keçirilən toplantının öncəki illərdəkindən fərqli tərəfi nədir?
– Bu il Parisdə keçirilən Azad İran Zirvəsinin önəmi on illərdir ki, zalım İran rejiminə bir cəzasızlıq duyğusu təmin edın beynəlxalq ictimaiyyətdəki səssizlik divarını yıxmağa xidmət etdiyi üçün anlamlı idi.
Gerçəkdən, zirvə mollaları o qədər əsəbləşdirdi ki, hər ikisi də zombi nüvə anlaşmasını yenidən canlandırmaq və İrana yönəlik sanksiyaları ortadan qaldırmaq üçün nəzəriyyələr düşünən Qərb dairələri, Fransa və Amerika Prezidenti Co Bayden üzərində ciddi basqı qurdular.
Prezident Makron “Tehran Qəssabı” İbrahim Rəisi ilə 90 dəqiqəlik telefon danışığı etdikdən sonra Fransa, İran Milli Dirəniş Şurasının Parisdə keçirilməli olan kütləvi mitinqinin qadağan edilməsi həmləsinin arxasında idi.
Bu qadağa Fransa məhkəmələrində uğurla ləğv edildi. Bu, ölkələrarası qanunların və ədalətin utanc verici bir pozuntusu idi. İran Milli Dirəniş Şurası və Xalq Mücahidləri üçün təmin edlən və Paris Zirvəsinə qədər aşkar olan müəzzəm beynəlxalq dəstək qarşısında verdikləri güzəştin təzahürü idi.
Paris Zirvəsini öncəki zirvələrdən fərqli olaraq cığıraçıcı olaraq bəlli edən şey mollalara qarşı demokratik ana müxalifətin qanuniliyinin və böyüklüyünün açıq qəbulu idi.
– Bu zirvə ilə eyni zamanda Məryəm Rəcavi xanımın On Maddəlik Planına 29-u Parlament əksəriyyətinin təmin edilməsi ilə 40 ölkədən 61 parlamentdə 124 keçmiş lider və 3600 millət vəkilinin dəstəyinə şahid olduq. Bu İran xalqının demokratik İranı qurma arzusuna dəstək idi...
-Dünya çapında İran Milli Dirəniş Şurası və Xalq Mücahidlərini, onların İran xalqının qudurmuş və acımasız rejimlərini devirmək haqlarını müdafiə edən bir bəyannamə, 3600-dən çox senatorun dəstəyini qazandı. Amerika Konqresində İtaliya, Hollandiya, İslandiya, Fransa, Sloveniya, İngilərə və daha çoxu…
Bəyannamə dünyanın 4 tərəfindən 52 keçmiş Prezident, 54 Baş nazir, bir keçmiş kansler və digər 9 keçmiş Prezident də daxil olmaqla, 124 keçmiş dünya lideri tərəfindən imzalandı.
Avropa Komissiyasının iki keçmiş Prezidenti və 3 “Nobel Sülh Mükafatı” nın sahibi də imza atanlar arasında idi.
Amerikanın keçmiş Prezident köməkçisi Mike Pence imzasını atdı. Yüzlərlə tanınmış imza sahibi Parisdəki zirvəyə birbaşa qatıldı. Bəyannaməni imzalayanlar Azad İran Dirəniş Şurasının başçısı  Məryəm Rəcaviyə və onun İran demokratiyası, insan haqları, hüququn üstünlüyü təməlləri üzərində qurulacaq gələcəyi üçün 10 maddəlik planına açıq dəstək verdilər.
Dünyəvi və demokratik bir cümhuriyyətə əsaslanan İran üçün bu möhtəşəm iş idi. Millət vəkili olaraq, üzərində durmaqdan qüurur duyduğum bir platformadır.
Əlbəttə, mollaların rejimi ölkələrarası dəstəyin bu təməl artımına qarşı gəlmək üçün bu cəhdi və Azad İran Dirəniş Şurası və Xalq Mücahidləri haqqında təhqiramiz, təcavüzkar təbliğat aparmaq üçün hədsiz sürətləndi.
Onları radikalçı təşkilatlar olaraq adlandırdı. Hətta onlara qarşı beynəlxalq bir iddianamə çıxardı.
“İnterpol”u bu işin içinə qatmaq üçün cəfəng cəhdə baş vurdular.
Qadın haqlarını və hüququn üstünlüyünü davamlı olaraq pozan bir rejim üçün bunlar gülüncdür.
İranda ölkə çapında ən son etiraz keçən ilin sentyabr ayında başlandığından bəri molla rejimi ölkədəki düzəni yenidən təmin etmək üçün mübarizə aparır. Bunu əsla bacara bilməyəcəyinin fərqinə varır.
Etirazların ön cərgələrində yer alan qadınlar basqı və gedərək artan acımasız cəza təhdidlərinə baxmayaraq dirənməyə davam edirlər.
Etirazlar 750-dən çox adamın ölümünə, 30.000 nəfərin tutulmasına və rejim tərəfindən müxalifləri terrorçulaşdırmaq üçün dizayn edilmiş böyük bir edam dalğasına yol açan acımasız basqıya açıqca meydan oxuyaraq ara-sıra davam edir. Təkcə keçən ay aralarında çoxlu sayda qadının da olduğu 200 nəfər edam edildi.
Tədbirdə  1988-ci ildə Xameneyinin əmri ilə 90%-i Xalq Mücahidləri Təşkilatının üzvü olan 30 min siyasi dustağın qətl edildiyi insanlığa qarşı cinayətlər işlətməkdə ittiham edilən İran rejimi liderlərinin yarğılanması çağırışını etdi.
Bu il Azad İran Dünya Zirvəsi toplantılarından biri də 30 min siyasi dustağın qətl edilməsinə kökləndi. Sizcə, BMT-nin və beynəlxalq ictimaiyyətin bu cinayətlə bağlı məsuliyyəti nədir və necə bir yanaşma sərgiləmələri lazım gəlir?
– 35 il öncə İranda bir insanlıq cinayəti başladı. Faşist teokratiya İkinci Dünya Savaşının sona çatmasından bəri aşılmayan bir vəhşət fırtınasında siyasi məhkumları sistematik olaraq edam etməyə başladı. Aylar içində çoxlu sayda mollalara qarşı demokratik ana müxalifət olan İran Xalq Mücahidlərinin üzvləri və dəstəkçiləri olan 30 mindən çox qadın və kişini asdılar.
Allahın yer üzündəki səsi olduğu iddia edilən psixopat Dini Lider Əyatullah Ruhullah Xomeyninin əmri ilə öldürüldülər. Xomeyni edamların tezləşdirilməsi əmrini verdi.
İmitasiyalı məhkəmə duruşmaları 3 dəqiqədən çox çəkmədi.
Dustaqlara “Xalq Mücahidlərini dəstəkləyirsinizmi” sualı verildi. “Bəli” cavabını verərdilərsə, altı nəfərlik qrup halında asılırdılar.
Öldürülən 30 min şəhidin cənazəsi gizli məzarlıqlara götürüldü. Ailələrin ölümlər haqqında danışıqları qadağan edildi.
Bunun kimi canavarca qəssabyana davranışlar, çağdaş İrandakı basqı və tiranlıq tarixində tüklər ürpədici kilometrə daşı halına gəldi. Xameneyinin ölümü belə, bir nəfəs dərm gətirmədi.
Xələfi Əli Xameneyi indi adam başına dünyadakı hansısa bir ölkədən daha çox adam edam edən rejimə başçılıq etdi.
Bunu araşdırmaq, günahkarlarını ədalətə təslim etmək BMT-nin işidir.
Bunun əvəzinə, Cenevrədəki BMT İnsan Haqları Şurası Sosial Forumunun noyabr ayında İranın teokratik “faşist” rejiminin bir səfiri başçı olaraq təyin etməyi planlaşdırdığı və BMT Təhlükəsizlik Şurasının molla rejiminin bir təmsilçisini sədr köməkçisi təyin etməsi xəbəri Qərbin güzəştlərini daha da artırdı.
Bu təyinatlar insan haqları universal bəyannaməsi və ölkələrarası anlaşmalarla məzə mövzusu olur. Çünki İran bu prinsipləri pozanların ən başında gəlir.
Bu cani rejimin üzərindəki pərdəni endirməyin zamanı gəldi.
Mollalardan ölkələrarası cəza məhkəmələrində hesab sorulmalıdır. 44 illik zorbalıqdan sonra İran rejiminin zamanı doldu.
Mollalar və onların Dini Liderləri Ayətullah Əli Xameneyi indi ədalətlə üzləşməlidir.
ə
– İranda durum necədir? Keçən il bir sarsıntı yaşandı. Xalq Mücahidləri Təşkilatının rolu nə idi? Molla rejimi iqtidar üzərindəki hakimiyyətini yalnız güclü basqı yolu ilə davam etdirdi. Perspektivləri necə düşünürsünüz?
– Ölkə çapındakı etiraz, milyonlarla İran vətəndaşının rejim dəyişikliyi və azadlıq, demokratiyanın yenidən təsisi tələbi ilə küçələrə töküldüyü 2022-ci ilin sentyabrından bəri İranı alovlandırdı.
Teokratik rejimin etirazlara yönəlik acımasız basqısı indiyədək 750 adamın ölümünə və 30 min nəfərin tutulmasına yol açdı.
İran xalqını terrorlaşdırmağı istəyən bir öldürmə çılğınlığında olan mollaların rejimi indi bir edam dalğası başladıb.
Qərb xalqlarının keçmişdə etdiyi heç bir şey teokratik rejimin qorxunc davranışını dəyişdirməmiş kimi göründüyündən, İran xalqına dəstəyini göstərməyin ən gözəl yolunun Avropa Birliyi və İngiltərə üçün İslam İnqilab Keşikçilərini (İİK) qara siyahıya almaq olacağından əminəm. Sanksiyalar yetərli deyil. İİK bir dövlət qurumudur və bu üzdən, bir terror təşkilatı olaraq qara siyahıya alına bilməyəcəyi mövzusunda Brüssel və Londonda hakim olan arqumentlər keçərli deyil.
İnqilab Keşikçiləri Prezident Tramp dönəmində Amerka tərəfindən xarici terror təşkilatı siyahısına alındı. Eyni şey burada da ediməlidir.
Azad İran Dünya Zirvəsindəki çıxışçıların çoxusu İran rejiminin indiyədək ən zəif nöqtəsində olduğunu düşündü. İran Dirənişini rejimin tək alternativi olaraq adlandırırlar. Bu mövzudakı düşüncələriniz nədir, səbəbləriniz nələrdir?
– İran iqtisadiyyatı enişdədir. Bu anda 43% olan sarmaşıqvari inflyasiya, çökməkdə olan pul vahidi, sərt Qərb sanksiyaları ilə birləşərək ölkəni  durma nöqtəsinə gətirdi. Ərzaq qiymətlərində ət 125%, soğan 250 %, yumurtaya 82% bahalaşdırıldı.
İranın aktiv iş gücü 26 milyondur. Bunların 10 milyondan çoxusu, Kovid pandemiyasından öncə işsiz idi. Gənc işsizlər 40 %-dir. Əhalisinin 60%-i yoxsulluq içində yaşayır. Təməl günlük qida ehtiyaclarını qarşılaya bilmir.
Mollaların rüşvətə bulaşması ilə birləşdikdə, dünyanın ikinci ən böyük qaz ehtiyatına və dördüncü ən böyük xam neft rezervlərinə sahib olan ölkənin bu anda iqtisadi çöküşlə qarşı-qarşıya olması çaşdırıcı deyil.
İran bir zamanlar zəngin mədəniyyətinə baxmayaraq, beynəlxalq təcrid altındadır. Dini faşist rejimi insan haqları pozuntuları və terror ixrac etməmklə ittiham edildi. Mühasirəyə alınmış 85 milyon vətəndaşı ailələrini yaşatmaq üçün mücadilə edir.
İndi keçən ilin sentyabr ayında ölkə çapındakı etirazlar ana şəhərlərdən dağlıq yerlərədək qəsəbə və kəndlərə yayıldı. Yoxsul işçi sinfini “diktatora ölüm” və “Xameneyə ölüm” sloqanları atan çətin durumdakı orta gəlirlilərlə birləşdirdi.
Rejim dəyişikliyi üçün güclənən tələbi açıqca ifadə edir. Diktaturasının yaxında sona çatması ilə qarşı-qarşıya qalan Xameneyi açıqca panikaya qapılıb. Hətta Ukrayna savaşında Putinin yanında yer alaraq Rusiyaya minlərlə İran Pilotsuz Uçan Aparatları satdı.
– İran xalqının Tehrandakı  molla rejimini devirmək arzusu ilə bağlı regional və qlobal məsuliyyət nədən ibarətdir?
– Molla rejimi son mərhələsinə girərkən dünyanın mollaları qorxunc insan haqları pozuntularından məsul tutmaq üçün əyani önləmlər almanın zamanı gəldi.
İranlıların qarşılıq vermə qorxusu olmadan təməl insan haqlarının işlədilməsinə icazə verilməlidir.
Heç bir fərdin digərinin üzərində hansısa imtiyaza sahib olmadığı dünyəvi və demokratik bir cümhuriyyət arzusunda Oran xalqı ilə həmrəylik içində olmalıyıq.
Beynəlxalq ictimaiyyət İran Milli Dirəniş Şurasının sərbəst seçkilər, toplanma və ifadə azadlığı, ölüm cəzasının ortadan qaldırılması, cinsiyyət bərabərliyi, din və dövlətin ayrılması, İranın etnik kökənləri üçün muxtariyyət, nüvələşməmiş bir İrana olan bağlılığını dəstəkləməlidir.
İran rejiminin Rusiyanın Ukraynaya qarşı savaşına yardımçı olmaq üçün pilotsuz aparatlarla təmi etməsi, Albaniyadakı terrorçu cəhdləri və kiber hücumları da daxil olmaqla Orta Şərq və Avropaya qarışmasını qınamalıyıq. Dünyanın demokratik xalqları dəyişim arayışlarında İran xalqının yanında yer almalı və İran İnqilab Keşikçilərini qara siyahıya almaq və rejim yetkililərini insanlığa qarşı cinayətlərdən məsul tutmaq da daxil olmaqla, mövcud rejimə qarşı qərarlı addımlar atmaqda onlara yardımçı olmalıdır.
Azərbaycanın İranla 700 km. sərhədi var. Son aylarda artan gərginlik açıq bir toqquşmaya dönüşə bilməsi qorxusuna yol açdı.
 Əsədin Suriyadakı qanlı daxili savaşa dəstək vermələri, Yəməndəki Husi üsyançılara və İraqdakı acımasız şiə milislərə dəstəkləri və sponsorluqları kimi İranın Orta Şərqə qarışmasının bütün örnəklərində olduğu kimi Livandakı terrorçu Hizbullahın və Qəzzədəki “Həmas”ın əlində qalan İran rejimi terrorçuluğu Azərbaycana “ixrac” etməyə çalışır. Bölgədə barışığın son həlli teokratik molla rejiminin devrilməsidir.
Pərviz Həşimli