Dünya Bankı homoseksuallığı qadağan edən bu ölkəyə kredit vermədi

  • By arzu
  • 09 Avqust 2023 17:21

Dünya Bankı homoseksuallığa qarşı qanun çıxaran Uqandaya kredit verilməyəcəyini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dünya Bankının özü açıqlama verib.

“Əlavə tədbirlərin təsirliliyi yoxlanılanadək Uqandaya yönəlik yeni ictimai maliyyə İcra Direktorları Komitəsinə təqdim edilməyəcək”, – deyə bildirilir.

Uqandada homoseksuallığa qarşı yeni qanunun may ayında qüvvəyə minməsindən sonra bu ölkəyə bir heyət göndərmiş və layihələrin bankın ekoloji və sosial ölçüləri ilə uyğun olmasını təmin etmək üçün əlavə tədbirlərin gərəkli olduğunu təsbit etmişdi.

Dünya Bankı Uqandaya kreditin verilməməsi ilə bağlı açıqlamasında bunları vurğulayıb:

“Məqsədimiz maliyyələşdirdiyimiz layihələrdə azlıqları ayrı-seçkilik və kənarlaşdırmağa qarşı qorumaqdır. Bu tədbirlər bu anda yetkililərlə görüşülməkdədir”.

Xatırladaq ki, Uqandada homoseksuallığın qadağan edilməsi ilə bağlı qanuna ölkədə böyük dəstək var.

 

Tərcümə: Arzu