“Laçın” SBM-dən BQXK-nın nəqliyyat vasitələrinin keçidi təmin olunub - VİDEO

Bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsindən doqquz nəqliyyat vasitəsinin keçidi təmin olunub.

Gununsesi.info xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bir təcili yardım avtomobili və səkkiz minik maşınının Gorus-Xankəndi istiqamətində maneəsiz keçidinə şərait yaradılıb.

Gün ərzində ümumilikdə “Laçın” SBM-dən 28 nəfərin keçidi təmin olunub.

Bu videokadrlar Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.