Ailəsi Elmar Hüseynovun məzarı başında - MƏRHUM JURNALİSTİN OĞLU DANIŞDI

  • By admin
  • 09 Avqust 2023 11:36

Bir neçə il əvvəl qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun həyat yoldaşı Ruşanna Hüseynova və oğlu Aslan Hüseynov Azərbaycana səfərə gəlib.

Gununsesi.info-nun xəbərinə görə, ailə üzvləri Elmar Hüseynovun məzarını ziyarət edib.

Mərhum jurnalistin oğlu atasının məzarını ziyarətdən sonra Gununsesi.info-ya danışıb.

“İlk dəfə Bakıya uzun illər sonra gəldim və məni emosiyalar bürüdü. İlk dəfə qohumlarımla görüşdüm, Vətənimi, şəhərimi gördüm. Atam Elmarın məzarını ziyarət etdim. Çox kədərli bir an idi, çox, çox təəssüratlarım oldu. Bilirəm ki, Elmar öz şəhərini çox sevirdi. Mən də Elmar kimi Bakı şəhərinə aşiq oldum. Bakını Avropanın digər şəhərlərindən daha çox bəyəndim, ona görə ki, ən gözəli deyil, ən əzizidir bu şəhər”.

Aslan Hüseynov deyib ki, Azərbaycana Azərbaycan diasporun dəvəti ilə gəliblər.

Şəbnəm Rəhimova

Gununsesi.info