Rusiya Şimali Kiprdə konsulluq açacaq

  • By arzu
  • 09 Avqust 2023 17:04

Rusiya Şimali Kiprdə konsulluq açacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “TASS” xəbər agentliyi yazır.

Xidmətə başlayacaq konsulluq Rusiyanın Kiprdəki səfirliyinin nəzarətində olacaq.

Rusiyanın Kiprdəki diplomatik qaynaqları yaxın zamanda konsulluq xidmətlərinə başlayacaqlarını bildirib. Vurğulanıb ki, işlər nizamlı şəkildə aparılacaq.

Xatırladaq ki, Rusiyanın “İzvestya” qəzeti 20222-ci ildəki xəbərində Kiprin Nikosiya şəhərinin şimalında konsulluq işi yerinə yetirəcək bir ofisin açıqlacağını və Şimali Kipr Türk Cümhuriyyətinə birbaşa uçuşların başlayacağını yazmışdı.

 

Tərcümə: Arzu