
Pakistanın keçmiş Baş naziri İmran Xan ötən günlərdə son bir neçə ay içində ikinci dəfə həbs edildi. Ancaq bu dəfə durum daha fərqlidir. Gələcəkdə keçmiş Baş naziri nələr gözləyir?
Gununsesi.info xarici mətbuata istinadən İmran Xanla bağlı maraqlı yazını sizə təqdim edir.
Xan ilk tutulduğunda Peşavərdən Kəraçiyədək etirazlar yaşanmış, binalara od vurulmuş və ordu küçələrə çıxmışdı. Ancaq cümə ertəsi Pakistanda digər normal gecələrdən fərqli bir şey yaşanmadı.
Xan vəzifəsindən “sui-istifadə” maddəsi ilə onar verilən hədiyyələri öz mənafeyi üçün işlətmək ittihamı ilə 3 illik həbs edildi.
Xanın insanlara bu həbslə bağlı “evinizdə səssis oturmayın, etiraz edin” çağıdışı indilik işə yaramayıb.
Ancaq niyə?
Hökumət nazirlərindən soruşduqda, xalqın İmran Xanın və ya Partiyasının arxasından getmək və öncəki şiddət olaylarından məsul olan bir qrupla əlaqələndirlmək istəmədiklərini söyləyirlər. Bu, əbəttə, İmran Xanı dəstəkləyənlərin söyləyəcəyi bir şey deyil.
İmran xanın Pakistanda siyasi olaraq güclü olan əsgəri və kəşfiyyat qurumları ilə əlaqələri 1 ildən çoxdur ki, pozulub.
Siyasi şərhçiləri geniş şəkildə İmran Xanın bu qurumların yardımı ilə iqtidara gəldiyini və münasibətlərinin pisləşdiyi zamanda iqtidarını itirdiyini söyləməkdə həmfikirdirlər.
ZƏİFLƏDİLMİŞ BİR HƏRƏKƏTMİ?
İmran xan o zamandan bəri səssi-sədasız bir şəkildə bir sonrakı seçkini gözləmək əvəzinə, orduyu qınamağı davam etdirdi.
Xanın may ayındakı həbsindən sonra ordu binalarına yönəlik hücumlar gerçəkləşdi. Ordu isə hücumlardan məsul bildiyi adamlara qarşı güzəştlərin olmayacağını söylədi.
Sonra alınan sərt tədbirlər İmran Xanın partiyasını darmadağın etdi.
Minlərlə dəstəkçisi nəzarət altına alındı. İnsan haqları qruplarının narazılıqlarına baxmayaraq, bəziləri hərbi məhkəmələrdə mühakimə ediləcək. İnsan haqları təşkilatları eyni durumun mülkilər üçün tətbiq edilməməsini müdafiə edirlər.
Pakistandakı bəzi media təmsilçiliklərinin BBC-yə verdiyi bilgiyə görə, əsgəri yetkililərlə edilən toplantıların ardından jurnalistlərdən öz xəbərlərində İmran Xanın adını keçirməmələri və fotolarına yer verilməməsi istənib.
Daha öncə Xanı dəstəkləyən bir çox tərəfdarı BBC-yə verdiyi açıqlamasında onun partiyası və lideri haqqında sosial emdiada paylaşım etməyi dayandırdığını və paylaşımlarını sildiklərini söyləyiblər. Hətta İmran xanın yayımlarını izləməyi də buraxdıqlarını bildiriblər.
BBC-yə danışan hökumət yetkililəri dinc etirazçıların tutulmadığını söyləyiblər. Ancaq BBC Urdu Xidməti müxbirlərinin yazdıqlarına görə, şənbə günü günortadan sonra İmran Xanın Lahordakı evinin qarşısında toplanan partiya tərəfdarları polis tərəfindən nəzarət altına alınıb.
Bu adamların rəsmi olaraq tutulub-tutulmamaları dəqiq deyil.
Adının açıqlıanmasını istəməyən bir polis işçisi BBC-yə 100-ə yaxın Xanın siyasi partiyasının tərəfdarının nəzarət altına alındığını söylədi.
İmran Xan dəstəkçilərinin bir araya gəlmələrini əngəlləmək üçün gözləmədə qalmaları ilə bağlı təlimatlar verildiyini bildirdi.
Vaşinqtondakı Vilson Mərkəzi düşüncə qurumunun Cənubi Asiyas İnstitutu direktoru Maykl Kuqelman alınan acımasız tədbirlərin Xan dəstəkçilərini bir araya gəlmək mövzusunda qorxutduğunu düşündüyünü söyləyir.
“Partiya seçicilərinin 9 mayda gördüyümüz şəkildə risk almaq istəmədiyini düşünürəm. Ordu bir anlamda bunu doğru oynadı. Xanın dəstəkçilərindən gələcək böyük və daha güclü bir etirazı önləmək üçün bu acımasız taktikaları işlətdilər”, – deyə Maykl bildirir.
İmran Xanın vəkilləri həbs qərarına etiraz edəcəklərini söyləyib.
Küçə və Seçki
Son bir neçə ay boyunca Xanın vəkilləri tamamı ilə dayandırmamaqla birlikdə daha ciddi davaları gecikdirərək fərqli məhkəmələrdə bəzi keçici uğurlar əldə etməyi bacardı.
Bunun davam edib-etməyəcəyi bəlli deyil. May ayında İmran Xanın tutulması böyük bir olayla tərsinə çevrilmişdi. Ancaq çox fərqli bir siyasi mühit vardı.
İmran Xan, Navaz Şərif, Bənazir Butto və Pərviz Müşərrəf kimi son illərdə adını eşitdirən bir neçə keçmiş Pakistan liderlərindən biridir.
Xan da Baş nazirlik dönəmində öz siyasi rəqiblərindən bir neçəsini həbs etdi.
Ölkədəki siyasətçilər ədalət sisteminin özlərinə qarşı siyasi səbəblərlə hərəkət etditini sıx-sıx dilə gətirir.
İmran Xanın seçkilərə qatılmaması siyasi partiyasının gələcəyi ilə bağlı sualları da özü ilə birlikdə gətirəcək.
Daha öncə BBC-yə açıqlamasında İmran Xan özü seçilsə də, seçilməsə də partiyasının yaşayacağını və genişlənəcəyini söyləmişdi. Ancaq bu mütləq bir durum deyil.
Maykl Kuqelmanın düşüncəsinə görə, seçki ilə bağlı bir sonrakı böyük sual Xanın partiyasının idarəçilərinin necə hərəkətə keçməsi ilə bağlı olacaq.
“Dəstəkçilərini küçələrə çıxarmağa çalışacaqlarmı? Uğurlu olacaqlarımı? Bu, onlar üçün bir sınaqdır”.
Partiya İmran Xan tərəfindən qurulan və İmran Xana köklənmiş bir partiyadır. Hətta səsvermədəki loqosunda Xanın kriketçi karyerasına göndərmə olaraq bir kriket sopasından yaranıb.
Bu ilin başlanğıcında bir çox üst səviyyəli siyasi fiqur İmran xanın partiyasında ayrıldı. Partiaydakı bir çox adam həbslərdən qaçmaq üçün gizlənib.
Bu üzdən, partiyanın təsirli bir siyasi kampaniya yürütməsi də heç asan olmayacaq.