
“Aztelekom” MMC Korporativ Əlaqələr sektorunun müdiri Səfər Aslanov Gununsesi.info-nun hüquq-mühafizə orqanlarının bu qurumda FETO əməliyyatı keçirməsi barə xəbərinə reaksiya verib.
Səfər Aslanovun redaksiyamıza göndərdiyi məktubda deyilir:
“Müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən “Aztelekom” MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, “Aztelekom” MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb.
Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır.
Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”.
Gununsesi.info