
Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən “Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.
Bu barədə Gununsesi.info-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib. O bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi aşkarlanıb:
“Faktla bağlı akt tərtib edilib. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Gununsesi.info