Akif İslamzadə Kəmaləddin Heydərova təşəkkür etdi

Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi Akif İslamzadə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərova ona münasibəti haqqında danışıb.

Gununsesi.info xəbər verir, o, “Bir məclisdə Kəmaləddin Heydərovla rastlaşdım. Mənimlə hal-əhval tutdu, mən də vəziyyəti dedim. O da mənə yardım edəcəyini söylədi və sözünün üstündə də durdu. Əgər Kəmaləddin Heydərov deyibsə ki, mənim səhhətimdəki problemlərin həlli ilə bağlı 20 min manat verib, deməli, təvazökarlıq edib. Əslində daha çox yardım göstərib. O, təvazökarlıq edib, məbləğin az olduğunu deyib. Əgər deyilibsə, 20 min, deməli, o qədər də olub. Mən bilirəm ki, Heydərov hər zaman sənət adamlarına qayğı ilə yanaşıb, onlara dəstək verib. Əl tutmaq əsl kişi işidir, o da bu kişiliyi edib. Buna görə də ancaq ona təşəkkür eləmək lazımdır. Hər şeyi kənara qoyuram, axı biz bu millətin övladlarıyıq. Bu cür məsələlərdə iqtidar müxalifət söhbəti eləmək düzgün deyil. Burada sənətkara qiymət verilib, ona yardım edilib. Əlbəttə, sağ olsun ki, problemimizin həllinə kömək göstərib. Bununla boynumuza böyük haqq qoyub. Bu haqqın altından çıxa da bilmərik. Nə qədər ömrümüz var, nə qədər canımız sağdır, ona dua edəcəyik də” – fikirlərini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl FHN rəhbəri Yaşar Nuriyə 30, Siyavuş Aslanlıya isə müalicə olunmaq üçün 40 min manat pul verib.

 

Gununsesi.info