
“”Böyük qayıdış” proqramı daxilində keçmiş qaçqınlara, məsələn Füzuli şəhərində çoxmənzilli bina evlərində mənzillərin verildiyini görürük. Məncə burada başqa seçim eləmək mümkün idi”.
Bunu Gununsesi.info-ya açıqlamasında ekspert Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, bir sıra səbəblərə görə orada bina evlərinin deyil, həyət evlərinin tikintisini məqsədəuyğundur:
“Birincisi, sənaye istehsalının və xidmət sektorunun inkişaf etmədiyi yerlərdə kənd təsərrüfatının olması zəruridir. Bina evində yaşayan insan maaşlı işdə işləmirsə, həyətyanı təsərrüfatı olmasa necə dolanacaq?”
Fərhad Mehdiyev deyir ki, bina evlərinin tikintisi daha baha başa gəlir: “Füzuli, Ağdam kimi şəhərlərdə daha az sayda bina evləri də tikilməli və vətəndaşa seçim haqqı verilməlidir, maaşlı işdə işləyən böyük ehtimal bina evini, elə olmayanlar həyət evini seçər. Hesab edirəm ki, gələcəkdə böyük problemlər olacaq. Bu, insanların sosial həyatına mənfi təsir edəcək”.
Afət Abbasova
Gununsesi.info