
ABŞ-lı reper Cardi B-nin mikrofonu 99 900 dollara satılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, reperin keçən ay verdiyi konsertdə pərəstişkarına atdığı mikrofon eBay auksion saytında 99 900 dollara satılıb.
Bildirilir ki, o, konsert zamanı ona içki atan fanatına əsəbiləşib və əlindəki mikrofonu onun üzərinə atıb.
Baş vermiş hallar insanlar tərəfindən telefona əks olunub. Hadisədən həmən sonra görüntülər sosial mediada gündəm olub.
Qeyd edək ki, hərracda 122 nəfərin iştirak edib və satışdan əldə edilən gəlirin isə tezliklə ianə ediləcəyi bildirilib.
Tərcümə
Şəbnəm
Gununsesi.info