
Ədliyyə Nazirliyinin ölkənin əsas müxalifət partiyalarının qeydiyyatından imtina etməsi gündəmin əsas mövzularından birinə çevrilib.
Azərbaycanın müstəqilliyi dövründə yaranan ilk siyasi partiyalardan biri olan Milli İstiqlal Partiyası da yeni qanunun tələbinə uyğun olaraq, üzv siyahısını nazirliyə təqdim edib.
AMİP sədrinin müavini Elşən Mustafayev Gununsesi.info-ya açıqlamasında AMİP-in gələcək taleyi ilə bağlı danışıb.
Onun sözlərinə görə, AMİP 65 rayondan 7200- dən artıq partiya üzvünün yenidən reyestrdən keçirilməsi ilə bağlı siyahıları təqdim edilib: “Artıq bir həftədir ki, partiya üzvlərinə siyahıları dəqiqləşdirilməsi üçün zənglər gedir və hazırda da proses davam edir. Nəticənin necə olacağı prosesdən sonra bizə məlum olacaq. Dəqiq olaraq nə qədər üzvə zəng olunduğunu bilmirik. 7000-dən çox partiya üzvləri ilə tam əlaqə saxlamağa çalışırıq . Onların bəzilərinə zəng çatmaya və ya telefona cavab verməyənlər də ola bilər. Ölkədə ilk dəfədir ki, bu proses gedir. İndiyə qədər dövlət tərəfindən siyasi partiyaların reyesterden keçirilməsi ilə bağlı belə bir yoxlamalar olmamışdır. Siyasi təcrübəsi olan üzvlərin yoxlamalarda heç bir problemləri yoxdur. Çoxlu sayda üzvlərimiz var ki, onlarla hələ də əlaqə saxlamağa çalışırıq ki, hələ onlara zənglər getməyib. Bu gün nəticənin necə olacağı barədə söz demək çətindir. İstənilən partiya normalda belə deməlidir. Nəticələrə əsasən yoxlamanın təxminən yekunlaşmasını biləcəyik. Çat qrupları, canlı ünsiyyət və rayon təşkilatlarının sədrləri vasitəli mütəmadi məlumatlar alırıq. Biz də intizardayıq”.
Şəbnəm Rəhimova
Gununsesi.info