Pakistandan Əfqanıstana hava hücumu: - 46 ölü

Pakistanın Əfqanıstana endirdiyi hava hücumlarında 46 nəfərin həyatını itirdiyi bildirilib.

Gununsesi.info Əfqanıstanın Müdafiə Nazirliyi hücumu pisləyib və qisas alacağını bildirib.

Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid verdiyi açıqlamada Pakistanın dünən Əfqanıstanın şərqindəki Pktika əyalətinin Barmal bölgəsindəki 4 bölgəyə hava hücumu təşkil etdiyini bildirib .

Mücahid dedi: “Ölənlərin ümumi sayı 46-dır. Onların əksəriyyəti uşaq və qadınlardır”. 

Əfqanıstan Müdafiə Nazirliyindən verilən açıqlamada hücumun pisləndiyi bildirilib və “Bu vəhşi hərəkət açıq-aydın təcavüzdür və bütün beynəlxalq prinsiplərə ziddir. Problemlərin həllini, bu qorxaq hərəkəti cavabsız qoymayacağıq”. ifadələrdən istifadə edilmişdir.

Orxan Saffari

Gununsesi.info