ABŞ səfirliyi qəza ilə bağlı başsağlığı verdi

ABŞ-nin Azərbaycandakı səfirliyi təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib:

“ABŞ səfirliyi bu gün Qazaxıstanda baş verən hava qəzasının qurbanlarına, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq”– deyə qeyd olunub.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.

Gununsesi.info