72 nəfərin öldüyü otelin sahibinə ağır cəza verildi

Dekabrın 25-də 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdə təqsirli bilinərək həbs edilmiş 72 nəfərin öldüyü “Grand Isias” otelinin sahibi Əhməd Bozkurtun məhkəməsi başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumata əsasən otelin Ə. Bozkurta “qəsdən ehtiyatsızlıqdan birdən çox şəxsin ölümünə və ya xəsarət almasına səbəb olmaq” maddəsi ilə 18 il 5 ay həbs cəzası verilib.

Eyni ittihamla onun oğlu Mehmet Fatih Bozkurt 17 il 4 ay, otelin memarı Erdem Yılmaz isə 18 il 5 ay həbs cəzası ilə azadlıqdan məhrum edilib.

Bildirilir ki, onların özlərini təqsirli hesab etməyiblər.

22 ildən artıq həbs cəzası istəyən prokurorluq iddia edib ki, 2016-cı ildə lisenziyasız olaraq “Grand Isias”-a mərtəbə əlavə edilib.

Həmçinin iddia edilib ki, tikintidə istifadə olunan materiallar keyfiyyətsiz olub və standartlara cavab verməyib.

Xatırladaq ki, otel 2023-cü ilin fevral ayının əvvəlində Türkiyədə 55 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələ zamanı dağılıb.

Qeyd edək ki, Türkiyə hakimiyyəti 2024 cü ildə baş vermiş zəlzələdən genişmiqyaslı araşdırma elan edib. Binaları yeraltı təkanlara tab gətirə bilməyən, tamamilə dağılan inşaatçılar və podratçılara qarşı kütləvi həbslərə başlanılıb.

New Expert Report on Grand İsias Hotel Collapse Highlights Code Violations

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəbnəm

Gununsesi.info