Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi

Ali Hərbi Məktəbinin sabiq rəisi general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.