İslam Respublikası son iki həftədə 63 məhbusu edam edib

İran İnsan Haqları Təşkilatı cümə axşamı, mayın 2-də dərc etdiyi hesabatda İslam Respublikasının aprelin 16-dan mayın 30-dək hər beş saatda bir nəfəri edam etdiyini açıqlayıb.

Bu təşkilatın hesabatına görə, təkcə son iki həftə ərzində İran həbsxanalarında 63 məhbus edam edilib. Bu hesabatda bu ilin əvvəlindən aprelin sonuna qədər İranın müxtəlif həbsxanalarında 171 nəfərin edam edildiyi bildirilir.

Bunu İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri Müqəddəm deyib “Son iki həftədə İslam Respublikası hər beş saatda bir nəfəri edam edib”.

Cənab Müqəddəm qeyd edib ki, reaksiyanın olmaması daha çox edamlara yol açır. İnsan haqlarına əməl edən və İslam Respublikası ilə diplomatik əlaqələri olan ölkələr İrandakı edam dalğasına reaksiya verməlidir.

Bu insan haqları təşkilatının statistikasına görə, ötən aprel ayında İranda 24 müxtəlif həbsxanada 71 məhbus edam edilib, onlardan 63-ü bu ayın son iki həftəsində edam edilib.

Edam edilən bu 71 məhbusdan 44-ü narkotiklə əlaqəli, 26-sı qəsdən adam öldürmə, biri isə zorlama ittihamı ilə edam cəzasına məhkum edilib. Həmçinin, edam edilənlər arasında ən azı 16 Bəluç vətəndaş, 6 Əfqanıstan vətəndaşı və 3 qadın var.

Qadın, Həyat, Azadlıq etirazlarının başlamasından sonra İslam Respublikası hakimiyyəti edam hökmlərinin icrasını sürətləndirib və 2023-cü ildə İranda ən azı 834 nəfər edam edilib.

82 İran və beynəlxalq insan haqları təşkilatının ötən aprel ayında narkotiklə əlaqəli edam prosesi ilə bağlı dərc etdiyi bıyanata görə, narkotiklə bağlı ittihamlarla həbs edilən insanlar 2023-cü ildə həyata keçirilən edamların yarıdan çoxunu təşkil edir və narkotiklə bağlı 471 edam hökümət üçün bir zorluq olmayıb.