Avropa İttifaqı Azərbaycana 2 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Bakıda keçirilən “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib.