Məzahir Pənahov:”Parlament seçkilərinin müddəti önə çəkilə bilər”

  • By admin
  • 02 May 2024 16:23

Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır.

 

Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

 

MSK sədri bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər.

 

“Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”, – Məzahir Pənahov qeyd edib.

 

Elmar

Gununsesi.info