
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
İki nəfər bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilən şəxslər 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov və 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucovdur.
Gununsesi.info