Rumıniyada 5,2 maqnitudalı zəlzələ olub

  • By ilhame
  • 16 Sentyabr 2024 20:18

Rumıniyanın Vranca seysmik zonasında 5,2 maqnitudalı zəlzələ olub.

 

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, mənbəyi 140 km dərinlikdə yerləşən zəlzələ ölkənin bir çox yerində, həmçinin, Bolqarıstan, Moldova və Ukraynada hiss olunub.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Bu, 2024-cü ildə Rumıniyada qeydə alınan ən güclü zəlzələdir.

Gununsesi.info