BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirib

  • By ilhame
  • 16 Sentyabr 2024 22:46

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Floridada ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini şərh edərkən bildirib.

“Keçmiş prezidentin sağ-salamat olmasına və hüquq-mühafizə orqanlarının cəld hərəkətə keçməsinə təbii ki, sevinirik. Biz, əlbəttə ki, siyasi zorakılığın istənilən formasını pisləyirik”, – deyə o bildirib.

Gununsesi.info