Gürcüstan baş naziri: “Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq”

  • By Günel
  • 16 Sentyabr 2024 17:24

“Gürcüstan Cənubi Qafqazda sabitliyi və dinc yanaşı yaşamanı dəstəkləyir”.

Gununsesi.info bildirir  ki, Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla birgə brifinqdə bildirib.

O, Gürcüstanın regionda mövcud problemlərin aradan qaldırılmasında birgə səyləri vacib hesab etdiyini vurğulayıb.

“Tbilisi, həmçinin İrəvan və Bakı arasında sülh prosesini alqışlayır”, – deyə Kobaxidze bildirib.

Gununsesi.info