Tramp: Şimali Koreya və İranla “əksər problemləri” telefonla həll edə bilərik

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkilərində namizədi Donald Tramp deyib ki, o, Şimali Koreya və İranla bağlı “əksər problemləri” telefon danışıqları və təkbətək danışıqlar yolu ilə həll edə bilər.

Gununsesi.info-nun ABŞ mətbuatına yer alan məlumatına görə, Los-Ancelesdə keçirilən mətbuat konfransında Trampa seçiləcəyi təqdirdə ABŞ-ın potensial düşmənlərinə münasibəti ilə bağlı sual verilib.

“Şimali Koreyanın yeni nüvə obyektləri” və “İranın Rusiyaya raket tədarükü” ilə bağlı iddialara toxunan Tramp deyib ki, o, telefon danışıqları və təkbətək danışıqlarla çox problemləri həll edə bilər:  “Telefon zəngləri edib problemlərin əksəriyyətini həll edə biləcəyəm. Əslində, bir neçə dəfə görüşməyim lazım ola bilər”.

 

 

Gununsesi.info