“Mərkəzi Asiya+Almaniya” formatında ikinci görüş keçiriləcək

  • By ilhame
  • 16 Sentyabr 2024 13:47

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanaya rəsmi səfərə gələn Almaniya kansleri Olaf Şolts ilə görüşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

 

Daha əvvəl O.Şoltsun səfəri çərçivəsində zamanı yüksək səviyyədə danışıqların, həmçinin “Mərkəzi Asiya + Almaniya” formatında ikinci görüşün keçiriləcəyi bildirilib.

 

Almaniya Qazaxıstanın ən böyük ticarət tərəfdaşlarının onluğuna daxildir. Bu ölkədən kənd təsərrüfatı texnikası, dərman, tibbi avadanlıqlar və minik avtomobilləri tədarük edilir. Qazaxıstan isə Almaniyaya turbovintli mühərriklər, neft, kömür, nikel və s. ixrac edir. Ötən il ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi 4 milyard dollara yaxın olub.

Gununsesi.info