Fermada məktəblinin meyiti tapıldı

  • By Günel
  • 13 Sentyabr 2024 16:42

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, dünən səhər saatlarında rayonun Seyidlər kəndində yerləşən fermadan 2009-cu il təvəllüdlü M.Məmmədovun asılı vəziyyətdə olan meyiti tapılıb.

Onun intihar etməsi məlum olub.

15 yaşlı M.Məmmədov 8-ci sinif şagirdi imiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info