Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman

Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin ştat sayını 1.5 milyon hərbçiyə qədər artırıb.

Gununsesi.info -nun məlumatına görə, müvafiq fərman hüquqi portalda dərc edilib.

Dəqiqləşdirilir ki, o, Rusiya Silahlı Qüvvələrinin ştat sayını 2 389 000 nəfərə qədər artırıb, onlardan 1.5 milyonu hərbçidir.

Putin, həmçinin, hökumətə bu addımın həyata keçirilməsi üçün lazımi vəsaitin ayrılmasını tapşırıb.

Fərman dekabrın 1-dən qüvvəyə minir.

 

 

Gununsesi.info