Goranboyda FACİƏ: Qonşunun evində nəzarətsiz qalan körpə yanaraq dünyasını dəyişdi

Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə ölüb. 

Gununsesi.info “report.az”a istinadən xəbər verir ki, Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub.

Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib. Bu zaman 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info