
ABŞ qoşunlarının Nigerdən çıxarılmasını başa çatdırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığının saytında yerləşdirilən məlumatda deyilir.
“ABŞ Müdafiə Nazirliyi və Niger Respublikasının Müdafiə Nazirliyi ABŞ ordusunun və texnikasının Nigerdən çıxarılmasının başa çatdığını elan edib”, -deyə komandanlıq bildirib.
Qeyd olunur ki, ABŞ və Niger hərbçiləri arasında effektiv əməkdaşlıq və ünsiyyət qoşunların “təhlükəsiz, nizamlı və məsuliyyətli” çıxarılmasını təmin edib.
Qeyd edək ki, iyunun 25-də ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli ABŞ hərbçiləri Nigerin paytaxtı Niameydəki 101 aviabazasını tərk edəcəyini bildirmişdir.
Gununsesi.info