Lavrov ABŞ-ı ittiham edib

ABŞ bu gün əsas beynəlxalq problemi təmsil edən Qəzza zolağında müharibənin bitməsinin qarşısını almaq istəmir və əlindən gələni edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Bütün problem ondadır ki, Birləşmiş Ştatlar hər kəsin istədiyini – qan tökülməsinə son qoymağı nəzərdə tutan hər hansı qərarı əldən vermək istəmir”, – deyə Lavrov bildirib.

Lavrov qeyd edib ki, BMT heç bir halda Qəzzadakı müharibə problemini görməməzliyə vurmamalıdır: “Çünki bu, kimin nəyi başqa cür göstərməyə çalışmasından asılı olmayaraq, bu günün əsas beynəlxalq problemidir”.

Bundan əvvəl Lavrov bildirib ki, Rusiya ərəb ölkələri ilə birlikdə Qəzza zolağında atəşkəs tələb edən Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının bir neçə qətnaməsinin qəbulunu təmin edib.

 

 

Gununsesi.info