
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə Gununsesi.info-ya FHN Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.