
Fransa Prezidenti Emanuel Makron Türkiyəyə yeni səfir təyin edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezidentin yeni qərarı ilə Isabelle Dumont Fransanın Ankaradakı səfiri ollaraq işə başlayacaq.
Dumont 2011-2013-cü illərdə Fransanın Ankaradakı səfiri olaraq çalışıb. Yüksək səviyyədə türkcə danışa bilir.
Ankaradakı səfir işini bitirdikdən sonra ölkəsinə dönərək Xarici İşlər Nazirliyində Rusiya və Şərqi Avropa sahəsi üzrə çalışıb.
Dumont 2015-2019-cu illərdə ölkəsinin Ukrayna və Cənubi Kipr üzrə səfiri vəzifəsində çalışıb.
2020-ci idlə Yelisey Sarayında Avropa və Türkiyə ilə əlaqələr üzrə məsul katib olub.
Sələfi Herve Maqronun işinin sona çatması ilə Prezident Makron tərəfindən Fransanın Ankaradakı səfiri olaraq təyin edilən Dumontun bu həftə Türkiyədə işə başlayacağı gözlənilir.
Dumont səfir işinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimad məktubunu təqdim etdikdən sonra başalayacaq.