
Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstana səfər edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Zelenski orada Baş nazir Kiriakos Mitsotakislə görüşəcək.
Zelenskinin Mitsotakislə görüşü Meqaro Maksimunun iqamətgahında baş tutacaq. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olacaq.